Sarı Aşıq xatirə muzeyi 1989-cü ildə Laçın rayonu Güləbird kəndində haqq aşığı Sarı Aşığın məzarı üzərində ucaldılan abidədən və aşığın bayatıları asılmış nəhəng lövhədən ibarət olmuşdur .
1989-cü ildə Laçın rayonu Güləbird kəndində Sarı Aşığın abidəsi üzərində dövlət səviyyəsində tanınmış dövlət və hökumət nümayəndələrinin iştirakı ilə muzeyin açılışı olmuşdur . Muzeyin əsas fəaliyyət növü əslən Güləbird kəndindən olan haqq aşığı Sarı Aşığın dillər əzbəri olan bayatılarının , deyimlərinin , duyumlarının itib-batmaması və gələcək nəsillərə çatdırılması üçün çalışmaqdır .
Aşığın bayatılarının dünyəvi olması ilə bərabər həm də insanların yaddaşına el dilində yazılır .
Muzey 1989-cu ildən 1992-ci ilin may ayına kimi Laçın rayonu Güləbird kəndində 9(doqquz) nəfər işçi ilə fəaliyyət göstərmişdir . 1992-ci ildə Erməni ordusunun təcavüzü nəticəsində Laçın rayonu da işğal olunduğundan Sarı Aşıq xatirə muzeyi Abşeron rayonu Pirəkəşkül qəsəbəsində fəaliyyətini davam etdirməyə başladı .
Hazırda Sarı Aşıq xatirə muzeyi 9(doqquz) nəfər işçisi ilə Abşeron rayonu Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərir . Fəaliyyətimiz əsasən Sarı Aşığın bayatılarını xalq arasında yaymaq və orta məktəblərdə müvafiq tədbirlərin keçirilməsindən ibarətdir .
Sarı Aşığın el arasında qalmış bayatılarının yığılıb saxlanılması da bizim əsas işlərimizdən biri hesab olunur .