Cəbrayıl rayon təhsil müəssisələri
| Təhsil müəssisələrinin adı | İşğaldan əvvəl | Hazırda fəaliyyət göstərən |
| Ümumtəhsil məktəbləri | 72 | 45 |
| Məktəbəqədər təhsil müəssisələri | 35 | 11 |
| Məktəbdən kənar təhsil müəssisələri | 5 | 1 |
| Texniki Peşə məktəbi | 1 | 1 |
| Siniflərin sayı | 720 | 637 |
| Şagirdlərin sayı | 11845 | 8374 |
| Müəllimlərin sayı | 1640 |
1404 |
Təhsil şöbəsində görülən işlər haqqında məlumat
2013/2014-ci dərs ilində rayon üzrə 47 ümumi təhsil məktəbi, o cümlədən 40 tam orta, 3 ümumi orta, 4 ibtidai, 1 şahmat məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə təxminən 8 mindən çox şagird elmlərin əsaslarını öyrədir.
2012-2013-ci tədris ilində Azərbaycan Müəllimlər İnstitutu ilə bağlanmış müqaviləyə və qrafikə uyğun olaraq 40 nəfər müxtəlif ixtisasas sahələri üzrə kursa göndərilmişdir. Belə ki, 36 nəfər müəllim ixtisasartırma, 2 nəfər Təhsil meneceri və 4 nəfər isə Öyrədənlərin öyrədəni kurslarından keçmişlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-2013-cü tədris ilində buraxılış imtahanlarının yekunlarına görə respublika üzrə statistik hesabatına əsasən Cəbrayıl rayonu üzrə IX sinfi 761 nəfər, XI sinfi isə 580 bitirmiş, imtahana buraxılan hər bir şagird şəhadətnamə və attestat almışdır. Rayonun XI sinfini bitirənlərin buraxılış imtahanlarında müvəffəqiyyətə görə respublika üzrə 34-cü, IX sinif üzrə isə 23-dür.
IX sinif üzrə buraxılış imtahanlarında rayonun 19 saylı tam orta və Asağı Sirik ümumi orta məktəbin şagirdləri 100% nəticə göstərmiş, Çullu, Daşkəsən, Sirik, 3,5,9, 10, 11, 23 saylı, Hovuslu, Süleymanlı, Y.Mərcanlı kənd tam orta məktəbin şagirdlərinin nəticələri isə 70 %-dən yuxarı olmuşdur.
Tam orta təhsil kursu üzrə buraxılış imtahanlarında M.Mehdizadə adına 4, 23 saylı, Qovşudlu kənd tam orta məktəbin şagirdləri rayon üzrə ən yüksək nəticə- 100%, 5 saylı, Daşkəsən, Dəmşalaq kənd tam orta məktəbin şagirdləri isə 90%, 6, 12, 14, 15 saylı, İ.Quliyev adına B.Mərcanlı, Mehdili, Quycaq, Əmirvarlı, Hovuslu, C. Mərcanlı, Süleymanlı tam orta məktəblərin şagirdlərinin nəticələri isə 80%-dən yuxarı olmuşdur.
Tədris ilinin yekununa görə 2013-ci ildə attestat almış 586 nəfər məzundan 321 nəfər, əvvəlki illərdə bitirənlərdən isə 55 nəfər olmaqla cəmi 376 nəfər ali məktəblərə qəbul üçün sənəd vermişlər. Qəbul imtahanların nəticələrinə görə bu ilki məzunlardan 185 nəfər, əvvəlki illərdə bitirmiş məzunlardan isə 26 nəfər olmaqla cəmi 211 nəfər tələbə adına layiq bilinmişdir.
2013-cü ildə rayonun ümumi təhsil məktəblərinin IX siniflərini bitirmiş məzunlardan 32 nəfəri, XI sinifləri bitirmiş məzunlarımızdan isə 35 nəfər olmaqla, ümumilikdə 67 nəfər də respublikanın orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Qəbulun nəticələrinə görə bu il ümumilikdə 278 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunmuşlar ki, onlardan 115 nəfəri qız, 163 nəfəri isə oğlandır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri arasında vileybol, məktəblilər arasında isə şahmat yarışları keçirilmişdir. Müəllimlər arasında keçirilən voleybol yarışında rayonun 14 saylı tam orta məktəbi I, İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbi II, Mehdili kənd tam orta məkrəbin komandası isə III yerə layiq görülmüşlər. Şagirdlər arasında keçirilən voleybol yarışında rayonun Mehdili kənd tam orta məktəbi I, Y.Mərcanlı kənd orta məktəbi II, Çərəkən kənd tam orta məktəbin komandası isə III yer tutmuşdur. Məktəblilər arasında şeçirilən şahmat yarışında Mehdili kənd tam orta məktəbin V sinif şagirdi Babaşov Musa İlham oğlu Respublika şahmat turnirində IV yerə layiq görülmüşdür. Ayrı-ayrı idman növləri üzrə keçirilən yarışların qalibləri RİH-nin kuboku, diplomlar, fəxri fərmanlıarı və komandanın hər bir üzvü üçün tutulan yerlərə müvafiq pul mükafatı, RTŞ-nin kuboku və fəxri fərmanları ilə qiymətləndirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilən respublika inşa yazı müsabiqəsində rayonun 1 saylı tam orta məktəbin X sinif şagirdi Heydərova Günay Əkrəm qızı respublika inşa müsabiqəsində I yerə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında 7 fevral 2013-cü il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Görkəmli alim, qayğıkeş ana mövzusunda RTŞ-nin və məkətəb kollektivlərinin fəal üzvləri ilə dəyirmi masa keçirilmiş, çıxış edənlər akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında və eləcə də səhiyyənin inkişafında olan misilsiz xidmətlərindən danışmış, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərməsindən, onun həyatını mənalandıran nə varsa - onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti - hamısı bu nəcib qadının ruhundan şölələnməsi qeyd edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 Yanvar faciəsinin 23-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq 20 Yanvar hadisələrinin mahiyyətinin üzə çıxarılması ilə bağlı ümumtəhsil məktəblərində xüsusi bülletenlər, stendlər, guşələr yaradılmış, ümumtəhsil məktəb şagirdlərinin 20 Yanvar hadisələrini əks etdirən rəsmlərindən ibarət sərgilər təşkil edilmişdir. Bütün təhsil müəssisələrində yanvarın ayının 18-də Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şəhidlər xiyabanlarına şagird və müəllimlərin ziyarəti təşkil edilmişdir.
Ümumdünya Poçt İttifaqının xətti ilə Azərpoşt MMC Təhsil Nazirliyi ilə birgə 15 yaşa qədər məktəblilər arasında Ana dilimiz Azərbaycan xalqının ən böyük sərvətidir və Vətən qəhrəmanları ilə tanınır adlı inşa müsabiqəsi rayonun ümumtəhsil məktəbliləri arasında keçirilmiş, müəyyənləşdirilmiş qaliblərin inşa yazıları respublika müsabiqəsində iştirak üçün Azərpoşt MMC-yə təqdim olunmuşdur.
Cəbrayıl-doğma Yurdum devizi altında Cəbrayıl aylığı rayonun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir. Hazırkı şagirdlərimiz Cəbrayıl rayonunun işğalından sonra doğulmuş uşaqlardır. Məqsədimiz onlara Cəbrayıl rayonunun yaranma tarixi, əhalisi, kəndləri, tarixi-mədəni abidələrini, kəhrizlərini, məşğuliyyətləri olan toxuculuq, baramaçılıq, üzümçülük, heyvandarlığı haqqında məlumatlar vermək və soy köklərinin öyrədilməsidir. Həmçinin Cəbrayıl rayonunun alimləri, görkəmli ictimai xadimləri, deputatları, yüksək rütbəli hərbiçiləri, Sovet ittifaqı və sosialist əməyi qəhrəmanları, Milli qəhrəmanları, şəhidləri və hazırkı ziyalı potensialı haqqında şagirdlimizi məlumatlandırmaq, onlarda vətəni sevmək, vətəni görmək hissləri və vətənə dönmək arzuları yaratmaq olmuşdur.
Cəbrayıl aylığında rayonunun 800 ildən çox yaşı olan Xan çinarı nın şərəfinə 15 ümumtəhsil məktəbin hər birinin həyətində 8 körpə çinar olmaqla 120 çinar ağacı əkilmişdir.
Cəbrayıl-ana yurdum, Cəbrayılda qalan dünyam adlı inşa, Cəbrayıl xəyallarda rəsm müsabiqəsi, Cəbrayıla gedəydim kaş adlı mahnı müsabiqəsi, məktəblilər arasında futbol, voleybol və şahmat yarışları keçirimiş və eləcə də Cəbrayıl rayonunun əhalisinin işğaldan əvvəl məşğul olduqları toxuculuq, qədim naxışlı, xovlu xalçalar, palaz, kilim və əl işlərindən ibarət tikmələr nümayiş etdirilmiş, rayonun işğaldan əvvəlki görüntüləri tədbir iştirakçılarına təqdim olunmuşdur. Fevral ayının 21-də 4 saylı qəsəbənin klubunda Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahmud Quliyevin iştirakı ilə geniş tərkibdə yekun tədbir keçirilmişdir.
Yekun tədbirdə inşa yazı, rəsm, şer, mahnı və əl işləri müsabiqəsində I, II, III və IV yerləri tutan məktəblilər Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin birgə hazırladığı diplomlar, fəxri fərmanlar, pul və qiymətli hədiyyələrlə təltif edilmişdir.
2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərinin şagirdləri arasında Görkəmli ədəbi şəxsiyyət M.F.Axundzadə Azərbaycan dramaturgiyasının banisi kimi mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, inşa yazı müsabiqəsində Cəbrayıl rayon 6 saylı tam orta məktəbin XI sinif şagirdi Əliyeva Aysel Əli qızı Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Nizami hikmətinin işığında mövzusunda inşa yazı müsabiqəsi keçirilmiş, inşa yazı müsabiqəsində Cəbrayıl rayon 1 saylı tam orta məktəbin X sinif şagirdi Məmmədova Dilarə İlham qızı Təhsil Nazirliyinin II dərəcəli diplomuna layiq görülmüşdür.
Yüksək bal toplayanlar
Cəbrayıl Rayonu üzrə 600-dan çox bal toplayan məzunların siyahısı
| Soyadı, adı, atasının adı | Təhsil aldığı məktəb | Topladığı bal | Daxil olduğu ali məktəb |
| Vəliyev Nail Tanrverdi | Əmirvarlı kənd tam orta | 630 | ATU |
| Camalxanova Göyçək Tehran | 23 saylı tam orta | 616 | ADU |
| Rüstəmov Cavid Bəxtiyar | M.Mehdizadə adına şəhər orta | 613 | ADİU |
| Məmmədova Dünya Mübariz | 23 saylı tam orta | 627 | BDU |
| Muradov Sənan Elxan | 4 saylı tam orta | 645 | ATU |
| Baxşəliyeva Türkan Vahid | 6 saylı tam orta | 655 | ATU |
| Nəbiyev Tural Pənah | 5 saylı tam orta | 650 | ADNA |
| Mehdiyev Şamo Mehdi | İ.Quliyev adına B.Mərcanlı orta | 614 | BDU |
| İsmayılov İlqar Rafiq | 3 saylı tam orta | 680 | MTNA |
| Məmmədova Ziba Vilayət | 19 saylı tam orta | 613 | GDPU |
| Quliyev Müşfiq Baxış | C.Mərcanlı kənd tam orta | 650 | ATU |
| Şəmilzadə Sahil Məmmədbağır | Şıxlar kənd tam orta | 661 | ATU |
| Əlizadə Gülnar Ənvər | Əmirvarlı kənd tam orta | 610 | ADU |
| Mustafayeva Ülkər Mətləb | 5 saylı tam orta | 628 | ADU |
| Mehdiyev Coşqun Arif | Tatar kənd tam orta | 660 | ADİU |
| Süleymanzadə Zeynəb Rasim | Sirik kənd tam orta | 647 | ATU |
| Səfərova Ləman Musa | Sirik kənd tam orta | 626 | BDU |
| Şahverdiyev Arif İlham | K.Məmmədov adına B.Mərcanlı orta | 618 | QU |
| Mehdiyev Nəvai Arif | Tatar kənd tam orta | 662 | QU |
| Bayramlı Bayram Şaiq | Əmirvarlı kənd tam orta | 632 | XU |
| Səfərova Dürdanə Rasim | C.Mərcanlı kənd tam orta | 630 | ARPYDİA |
| Bayramlı Orxan Şaiq | Əmirvarlı kənd tam orta | 629 | XU |
| Əsədov Orxan Vüqar | M.Mehdizadə adına şəhər tam orta | 616 | BDU |
| İsaqov Samir İlqar | Qovşudlu kənd tam orta | 608 | BDU |
| Hətəmxanov İsmayıl Raman | İ.Quliyev adına B.Mərcanlı kənd tam orta | 600 | ADNA |
| Əmişova Gülnarə Fərahim | Ə. Veysəlov adına Sirik kənd tam orta | 692 | ARPDİA |
| Bünyadova Səriyyə Ramazan | Ə. Veysəlov adına Sirik kənd tam orta | 673 | ARPDİA |
| Qasımov Emin Oktay | 10 saylı tam orta | 647 | ARPDİA |
| İmamavediyev Eşqin Məhəmməd | 19 saylı tam orta | 614 | ATU |
| Şirinov Nahid Vidadi | Tatar kənd tam orta | 607 | Qafqaz un |
| Hacızadə Aytac Elşən | Hovuslu kənd tam orta | 600 | ADU |
| Şahverdiyev Xandəmir Elman | Soltanlı kənd tam orta | 643 | BDU |
| Mirzəyev Ramil Şəmistan | Sirik kənd tam orta | 633 | Az.Turizm. İn. |
| Maqsudov İsa Sabir | 25 saylı tam orta | 630 | BDU |
| Hümbətli Təbəssüm Mübariz | Minbaşılı kənd tam orta | 622 | Polis Akademi |
| Rəhimli Məhəmmədəli Əkbər | 8 saylı tam orta | 619 | ATU |
| Fərhadov Sahib Fərhad | 15 saylı tam orta | 603 | ADNA |
Cəbrayıl rayonu üzrə son 6 ildə ali məktəblərə qəbulun göstəriciləri
| İllər | 2005-06 | 2006-07 | 2007-08 | 2008-09 | 2009-10 | 2010-11 | 2011-12 | 2012-2013 |
| Məzunların sayı | 727 | 687 | 635 | 518 | 496 | 487 | 444 | 586 |
| Həmin ilin məzunlarından sənəd verənlər | 341 | 320 | 321 | 363 | 329 | 333 | 293 | 321 |
| Qəbul olunan | 149 | 125 | 129 | 136 | 150 | 152 | 168 | 185 |
| 600-dən çox bal toplayanlar | 2 | 3 | 8 | 2 | 3 | 7 | 6 | 6 |