Həsənova Ceyran Allahyar qızı
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi
Məsləhətçi
Ceyran Allahyar qızı Həsənova 15 avqust 1959-cu ildə Dəvəçi rayonunda anadan olmuşdur. 1976-cı ildə Dəvəçi rayon T.Abbasov adına orta məktəbi bitirdikdən sonra Dəvəçi rayon Kommunal Təsərrüfat İdarəsində kadr işləri üzrə inspektor vəzifəsində işləmişdir. 1978-1980-ci illərdə N.K.Krupskatya adına Bakı Kitabxanaçılıq texnikumunun “Kitabxanaçılıq” fakültəsində, 1981-1987-ci illərdə Bakı Dövlət Universitetində təhsil almışdır. 1980-1989-cu illərdə Dəvəçi rayon Sarvan kənd Kitabxanasında böyük kitabxanaçı, 1990-1995-ci illərdə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində Komplektləşdirmə və kitabişləmə şöbəsində redaktor, böyük redaktor, 1995-2007-ci illərdə həmin şöbənin müdiri vəzifələrində işləmişdir. 2007-2016-cı illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi vəzifəsində, 2017-ci ildən isə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi vəzifəsində çalışır. 2 övladı var. Övladı Əbdülməcid Nadirşah oğlu Axundov 2 aprel 2016-cı ildə hərbi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Telefon: (018) 654987
E-poçt: ceyran-axundova@mail.ru
Qəbul günləri: I-V günlər; saat 9.00-18.00